Şöbə rəisi maşını körpüdən aşırdı 
 - Sərnişini öldü+Foto

Şöbə rəisi maşını körpüdən aşırdı - Sərnişini öldü+Foto

Hazırda oxunan: Şöbə rəisi maşını körpüdən aşırdı - Sərnişini öldü+Foto

118674

Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə yanvarın 29-u, axşam saat 19:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 117-ci kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.


Zaqatala şəhər sakini, 1965-ci il təvəllüdlü Etibar Abdulla oğlu Eminov idarə etdiyi “VAZ 21074”x9d markalı 90 AC 142 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidən Zaqatala istiqamətində hərəkətdə olarkən magistiral yolun buzlu olması səbəbindən idarəetməni itirərək maşını körpüdən aşağı aşırıb.

Qəza nəticəsində sürücü Etibar Eminov yüngül xəsarət alıb. Qəza zamanı avtomobildə sərnişin qismində olan, Bakı şəhəri, Corat qəsəbə sakini 1968-ci il təvəllüdlü Fərhad Məlikheydər oğlu Xankişiyev zərbənin gücündən maşının qabaq şüşəsindən çıxıb, yerə çırpılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Fərhad Xankişiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Qeyd edək ki, avtomobili idarə edən Etibar Eminov Azərbaycan Respublikası Energetika nazirliyinin nəzdindəki Dövlət Enerji Nəzarəti İdarəsinin Şəki regional şöbəsinin rəisi vəzifəsində çalışır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.(apa)

Şöbə rəisi maşını körpüdən aşırdı  -  Sərnişini öldü+Foto
Şöbə rəisi maşını körpüdən aşırdı  -  Sərnişini öldü+Foto

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO