Sabunçuda beşmərtəbəli yaşayış binasında yanğın  - FHN təxliyə həyata keçirib

Sabunçuda beşmərtəbəli yaşayış binasında yanğın - FHN təxliyə həyata keçirib

Hazırda oxunan: Sabunçuda beşmərtəbəli yaşayış binasında yanğın - FHN təxliyə həyata keçirib

111897
Bu gün Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 23 kv.m sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və 15 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib. Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO