Bu gün Kəlbəcər köçkünü Məmişov Elçin Xəlil oğlu Mingəçevir Su anbarının yaxınlığında qoyun otararkən canavar təcavüzünə məruz qalıb.xa0
Bunu Moderator.az - a açıqlamasında Məmişov Elçinin qohumları bildirib.
Məlumata görə, qudurmuş canavar oğlanın üz - gözünü xeyli cıraraq yaraladıqdan sonra fermaya doğru qaçıb, Fermadakı admlara da hücum edən canavarı haya gələn adamların köməyilə öldürüblər.xa0
25 yşlı Məmişov Elçin Xəlil oğlu hal - hazırda Mingeçevir şəhər mərkəzi xəstəxanasında yatır. Vəziyyətinin orta ağır olduğu deyilir.






































































































