Gürcüstan DİN-nin azərbaycanlı əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb

Gürcüstan DİN-nin azərbaycanlı əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb

Hazırda oxunan: Gürcüstan DİN-nin azərbaycanlı əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb

108159
 Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) ekspert-kriminalisti, polis mayoru 39 yaşlı Sahib Heydərov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, onu iyunun 3-də Tbilisidə partlayış baş verən qazdoldurma məntəqəsində əlavə istintaq tədbirləri həyata keçirərkən cərəyan vurub.

S.Heydərov xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

DİN əməkdaşının vəfatı ilə bağlı onun ailəsi və yaxınlarına başsağlığı verib.

Fakt üzrə xüsusi obyektlərdə təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Marneuli sakini olan S.Heydərov DİN-nin Ekspertiza Xidmətinin Tbilisi departamentinin əməkdaşı olub. Rayonda sərt karantin rejiminin tətbiq olunduğu dövrdə o, yerli polis əməkdşlarına yaxından kömək göstərib. (report.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO