Bakıda

Bakıda "Jiquli" avtobusla toqquşdu: yaralılar var

Hazırda oxunan: Bakıda "Jiquli" avtobusla toqquşdu: yaralılar var

107534
Bakının Suraxanı rayonunun Qaraçüxur qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Etibar Bəkirov küçəsində baş verən qəzada sərnişin avtobusu ilə minik avtomobili toqquşub. 30 yaşlı Sergey Panovun idarə etdiyi “VAZ 2104”x9d maraklı minik maşını sərt döngədə 104 saylı xətt üzrə hərəkət edən avtobusun yoluna çıxıb. Nəticədə “Jiquli”x9d gəldiyi sürətlədə içtimai nəqliyyata çırpılıb. 

Məlumata görə, avtobus xəttə olsa da, nəqliyyat vasitəsində sərnişin sıxlığı olmayıb. Qəza nəticəsində “Jiquli”x9dnin sürücü ilə yanaşı avtobusda olan 45 yaşlı Natavan Ağayeva xəsarət alıb. Hər iki yaralı təcili tibbi yardımla xəstəxana aparılsa da, xəsarətləri ağır olan “VAZ”x9dın sürücüsü travmatologiya şöbəsinə yerlədirilib. 

45 yaşlı xanım isə, ilkin tibbi yardımdan sonra evə buraxılıb. 

Qəza ilə bağlı araşdırmalar Suraxanı rayon polis idarəsində aparılır. Hadisəyə səbəb kimi, “Jiquli”x9dnin sürücüsünün sürət həddini aşması və sərxoş halda sükan arxasına keçməsi göstərilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO