Bakı-Qazax yolunda avtomobil aşıb, ölən var -  FOTO

Bakı-Qazax yolunda avtomobil aşıb, ölən var - FOTO

Hazırda oxunan: Bakı-Qazax yolunda avtomobil aşıb, ölən var - FOTO

101222
Bakı-Qazax magistralının 235-ci kilometrliyində, Ucar rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, “VAZ-2107”x9d markalı minik maşını yolun təmir gedən hissəsində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol nişanına, sonra BYD markalı minik maşınına çırpılıb, daha sonra isə aşıb.
“VAZ-2107”x9d markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişini isə xəsarət alıb. BYD markalı avtomobildə xəsarət alan olmayıb.xa0
xa0
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Ölən və yaralanan şəxslərin kimliyi aydınlaşdırılır. İlkin ehtimala görə, qəzaya “VAZ-2107”x9d markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.





xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO