Meşə yanğını eyni vaxtda Tbilisi yaxınlığında yerləşən Tskneti, Tsavkisi, Baqebi və Napetvrebi kəndlərində başlayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Bəli, biz təsdiq edirik ki, hazırda Tbilisi yaxınlığında bir neçə yanğın var. Artıq yanğınsöndürənlər və xilasedicilər hadisə yerindədir və yanğınların aradan qaldırılması üçün bütün tədbirlər görülür”, - deyə mətbuat xidmətinin əməkdaşı Tskneti, Tsavkisi, Baqebi və Napetvrebidə aktiv yanğınların müşahidə olunduğunu bildirib.
İdarədən verilən məlumata görə, əsasən quru ot və kol-kos yanır. Bir neçə saat əvvəl Tbilisidə qalxan külək işi çətinləşdirir.
Bizim.Media