Xalq artisti Aygün Kazımova 34 il sonra “Ey mənim dünyam” mahnısını yenidən lentə alıb.
Bizim.Media xəbər verir ki, pop diva ilk dəfə 1988-ci ildə ifa etdiyi mahnıya yeni nəfəs verib.
“İlk mahnım, ilk hitim, “Bakı payızı 88” yarışmasında mənə uğur gətirən mahnılardan biri, Vaqif Gərayzadə ilə ilk iş birliyimiz” - deyə, Kazımova bildirib.
Aygün bu mahnının onun yaradıcılığında xüsusi yeri olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, bəstənin musiqisi Vaqif Gərayzadəyə, sözləri isə Sərvər Quliyevə məxsusdur. Nəğmənin “Remake” versiyanın aranjimanı isə Hakan Erola aiddir.
Rəşad Əliyev, Bizim.Media