Dünyanın ən uzun şüşə döşəməli körpüsü Vyetnamda əhalinin istifadəsinə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Express nəşri yayıb.
Mənbə yazır ki, Bax-Lonq ("ağ əjdaha") adlı körpünün uzunluğu 632 metrdir və Sonla əyalətində, iki dağ arasında, 150 metr yüksəklikdə yerləşir.
Cəsur turistlər yüksəklikdən Mok Çau adasındakı kurortun və parkın mənzərələrini seyr edə bilərlər.
Döşəmə şüşədən hazırlanıb və eyni vaxtda 450 ziyarətçinin çəkisinə dözə bilər. Hakimiyyət bu attraksionun bölgəyə daha çox turist cəlb edəcəyinə ümid edir.
Bizim.Media
- A-
- A
- A+
Günün videosu
10:25 / 31.05.2022
Vyetnamda dünyanın ən uzun şüşə körpüsü açıldı - Ginnesin rekordlar kitabına düşdü - VİDEO
Hazırda oxunan: Vyetnamda dünyanın ən uzun şüşə körpüsü açıldı - Ginnesin rekordlar kitabına düşdü - VİDEO
Hazırda oxunan: Vyetnamda dünyanın ən uzun şüşə körpüsü açıldı - Ginnesin rekordlar kitabına düşdü - VİDEO
76919
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.