“Rusiya ordusu yenidən Kiyevə hücuma hazırlaşır”.
Bizim.Media xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov videomüraciətində deyib. Kadırov həmçinin Donetsk və Luqanskı “azad etmək” planlarını açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Ramzan Kadırova general-leytenant rütbəsi təqdim edildi
O, videoda topoqrafik xəritələri göstərərək “nöqtələr qeyd olunub, tapşırıqlar aydındır, hücum olacaq” – deyə qeyd edib.
"Təkcə Mariupolda deyil, digər qəsəbələrdə, şəhərlərdə və kəndlərdə də. Biz Luqansk və Donetski azad edəcəyik, belə bir vəzifəni Vladimir Putin qoyub. Sonra Kiyevi və bütün digər şəhərləri alacağıq", - deyə Çeçenistan başçısı bildirib.
Bizim.Media