Şuşanı qoruyan hərbçilər Novruz bayramını belə qeyd edir - VİDEO

Şuşanı qoruyan hərbçilər Novruz bayramını belə qeyd edir - VİDEO

Hazırda oxunan: Şuşanı qoruyan hərbçilər Novruz bayramını belə qeyd edir - VİDEO

65304

Azərbaycan Televiziyası Novruz bayramı ilə əlaqədar təsirli videoçarx hazırlayıb.  

TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, videoçarxda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Şuşada xidmət edən hərbçiləri baş roldadırlar. 

DİN-in dəstəyi ilə çəkilən çarxda hərbçilərin Şuşa qalasının Gəncə qapısı qarşısında tonqal qaladığı və ətrafına yığışdığı görünür. Onlar Novruz xonçasını açaraq bayramın ənənəvi şirniyyatları ilə samovar çayı içir, tonqaldan tullanır. 

Sonda isə hərbçilər əllərində Azərbaycan bayrağı tutaraq Şuşanı, Vətəni qoruduqlarını nümayiş etdirirlər. 

Fon musiqisi kimi Azərbaycanın xalq mahnısı “Sarı gəlin” seçilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO