Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Prezidentin Mətbuat xidməti yayıb.
Qeyd edək ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş 23 yaşadək güləşçilərin Avropa çempionatında Azərbaycanın sərbəst güləş üzrə milli komandası tarixi nailiyyətə imza ataraq 7 medal qazanıb.
Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.
Beləliklə, 10 çəkidən 9-da yer alan yığma 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub.
Bizim.Media