Baş Qərargah rəisi Hərbi Dəniz Qüvvələrində qəfil yoxlama keçirdi – FOTO/VİDEO 

Baş Qərargah rəisi Hərbi Dəniz Qüvvələrində qəfil yoxlama keçirdi – FOTO/VİDEO 

Hazırda oxunan: Baş Qərargah rəisi Hərbi Dəniz Qüvvələrində qəfil yoxlama keçirdi – FOTO/VİDEO 

60859

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrində (HDQ) olub, qəfil yoxlama keçirib. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, gəmi heyətləri “Həyəcan” siqnalı ilə qaldırılaraq döyüşə hazırolma vəziyyətinə gətirilib, döyüş zamanı komandirlərin çevik qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişləri, həmçinin şəxsi heyətin döyüş və taktiki-xüsusi hazırlığı yoxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kərim Vəliyev: “Şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib”


General-polkovnik K.Vəliyevə hərbi gəmilərin və gəmi heyətlərinin yerləşməsi, döyüş hazırlığı və vaxta xidmətinin təşkili, həmçinin digər məsələlərlə bağlı ətraflı məlumat verilib. 

Baş Qərargah rəisi HDQ-nin Hidroqrafiya İdarəsi, Təlim və Tədris Mərkəzində də olub, burada xidmətin təşkili və hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb. 

Sonra Müdafiə Nazirliyinin müvafiq baş idarə, idarə və HDQ-nin komandanlığının iştirakı ilə kompleks yoxlamanın yekun nəticələrinə dair xidməti müşavirə keçirilib. 

Görülmüş işlərin təhlilini aparan general-polkovnik K.Vəliyev döyüş gəmilərinin və gəmi heyətlərinin hazırlığını müsbət qiymətləndirib.

Baş Qərargah rəisi cari ilin yay aylarında Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.

Sonda general-polkovnik K.Vəliyev HDQ-nin döyüş, mənəvi-psixoloji hazırlıq səviyyəsinin daha da artırılması, hərbi intizamın möhkəmləndirilməsi, eləcə də maddi-texniki təminat məsələləri ilə əlaqədar müdafiə nazirinin tapşırıqlarını komandanlığa çatdırıb. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO