2040-cı ilə qədər paytaxt ərazisində qəzalı və istismar müddəti başa çatmış binaların hamısının sökülməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, mövzuya əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev münasibət bildirib.
Onun sözlərinə görə, paytaxtın 12 rayonunda bu cür yaşayış binaları mövcuddur. Həmin tikililər həm sakinlərin təhlükəsizliyi, həm də şəhərin ümumi görünüşü baxımından ciddi narahatlıq yaradır.
Bəs qəzalı binaların sökülməsi prosesi niyə ləngiyir?
Ekspert bildirib ki, qəzalı binaların sökülməsi mürəkkəb prosesdir və bir neçə mərhələdən ibarətdir. Belə binaların sökülməsi üçün ilk növbədə müvafiq dövlət qurumlarının rəsmi rəyi tələb olunur.
Elnur Fərzəliyevin fikrincə, söküntü planına düşən binaların əksəriyyətində çoxsaylı mülkiyyətçilərin olması prosesi xeyli uzadır.
Bizim.Media






























































































