Bu yollarda görmə məsafəsi 60 metrə yaxınlaşdı – FOTO/VİDEO

Bu yollarda görmə məsafəsi 60 metrə yaxınlaşdı – FOTO/VİDEO

Hazırda oxunan: Bu yollarda görmə məsafəsi 60 metrə yaxınlaşdı – FOTO/VİDEO

584384

Şəki-Zaqatala bölgəsində iki aydan çox idi ki, yağış yağmır, mülayim hava müşahidə olunurdu. Lakin ötən günün ikinci yarsından başlayaraq bölgənin dağlıq və dağətəyi yaşayış məntəqələrində havanın temperaturu aşağı enməyə başlayıb. Bu gün səhər saatlarında yüksək dağlıq ərazilərə qar yağıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dağətəyi kəndlərdə temperatur 5-6, aranda 7-9 dərəcə arasında dəyişir. 
 

Bölgədən keçən Yevlax-Zaqatala-Gürgüstan magistralında nəqliyyatın hərəkətində heç bir çətinlik yaşanmasa da Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun bəzi hissələrində çiskinli-duman müşahidə olunur.  


Görmə məsafəsi bəzən 50-60 metrə kimi yaxınlaşır. Sürücülərin diqqətinə çatdırılır ki, bu avtomobil yolundan istifadə edəndə sürət həddinə əməl etsinlər. 

Bölgə rayonlarında qeyri-sabit hava şəraiti davam edir. 








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO