Goranboyda qəzalı binanın bloku ÇÖKDÜ - FOTO/VİDEO

Goranboyda qəzalı binanın bloku ÇÖKDÜ - FOTO/VİDEO

Hazırda oxunan: Goranboyda qəzalı binanın bloku ÇÖKDÜ - FOTO/VİDEO

582566

Goranboyda bir neçə gündür qəzalı vəziyyətdə olan binanın bir hissəsi uçub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 5 mərtəbəli binanın bloku uçub.
 

Bir neçə gün öncə 60 mənzilli binanın 5-ci girişində birinci mərtəbə uçmuşdu. Həmin gündən əhali təxliyə olunmuşdu, binada yaşayış yox idi.


Bu gün isə saat 21:30 radələrində həmin binanın 5-ci girişi tam olaraq çöküb. Xəsarət alan yoxdur.

Rayon icra hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin yerli qurumları hadisə yerindədir.






Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO