SON DƏQİQƏ! Rusiya Türkiyənin qaz tankerinə PUA zərbəsi endirdi – VİDEO

SON DƏQİQƏ! Rusiya Türkiyənin qaz tankerinə PUA zərbəsi endirdi – VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! Rusiya Türkiyənin qaz tankerinə PUA zərbəsi endirdi – VİDEO

581041

Rusiyaya məxsus pilotsuz uçuş aparatı Ukraynanın İzmail sahillərində Türkiyə bayrağı altında üzən qaz tankerinə zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Stiri pe surse” nəşri məlumat yayıb.
 

Nəşrin yazdığına görə, sıxılmış qaz daşıyan və “ORINDA” adlanan Türkiyə bayraqlı tanker Rusiyaya məxsus PUA-nın hücumu zamanı zərbə alıb.


Gəminin heyətini təşkil edən 16 Türkiyə vətəndaşı vaxtında təxliyə edilib və xəsarət alan yoxdur.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dəniz İşləri Baş İdarəsinin yaydığı məlumatda bildirilib ki, hadisədən sonra gəmidə yanğın başlayıb: 

“Hazırda yanğınsöndürən qruplar tərəfindən yanğının söndürülməsi üçün işlər görülür”.

Xatırladaq ki, bundan əvvəl Odessa Hərbi Administrasiyasının rəhbəri Oleg Kiper bölgəyə yönəlmiş genişmiqyaslı Rusiya hücumu nəticəsində bir neçə mülki gəminin də ziyan gördüyünü bildirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO