Türkiyədə cinayətkarlara qarşı əməliyyat: Azərbaycan polisi də məlumat verib – VİDEO

Türkiyədə cinayətkarlara qarşı əməliyyat: Azərbaycan polisi də məlumat verib – VİDEO

Hazırda oxunan: Türkiyədə cinayətkarlara qarşı əməliyyat: Azərbaycan polisi də məlumat verib – VİDEO

580564

Türkiyədə cinayətkar dəstənin rəhbər şəxslərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.

Məlumata görə, bu gün səhər saatlarında Türkiyə daxilində və beynəlxalq səviyyədə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri yumağa çalışan mütəşəkkil cinayətkar qruplaşmaların yüksəksəviyyəli üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.

Bildirilib ki, “Orkinos Bulut-2” adlı əməliyyat ümumilikdə 22 şəhərdə həyata keçirilib:
 

“Əməliyyat öncəsi Azərbaycan, Niderland, İran, Estoniya, Sloveniya, Qırğızıstan, Yunanıstan, Panama, Böyük Britaniya, Belçika və Bolqarıstanın polis qurumları ilə məlumat və sənəd mübadiləsi aparılıb”. 


A.Yerlikaya bu əməliyyat çərçivəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan və bu cinayətdən əldə etdikləri gəlirləri yumağa çalışan 5 müxtəlif beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın olduğunu vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO