Bakıda piyadaların vurulması ilə nəticələnən dəhşətli QƏZALAR – ANBAAN VİDEO

Bakıda piyadaların vurulması ilə nəticələnən dəhşətli QƏZALAR – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda piyadaların vurulması ilə nəticələnən dəhşətli QƏZALAR – ANBAAN VİDEO

577387

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücü və piyadalara müraciət edib.

Bizim.Meida xəbər verir ki, müraciətdə deyilir:

“Sürücülər yaxşı bilir ki, yüksək sürətlə hərəkət etmək, təhlükəli manevrlər etmək, ara məsafəsini düzgün saxlamamaq və piyada keçidlərinə diqqət yetirməmək qəzalara səbəb olur. Piyadalar da anlayır ki, işıqfor siqnallarına məhəl qoymamaq, keçiddən istifadə etməmək və sürücünün yol verdiyinə əmin olmadan yolu keçmək təhlükəlidir.
 

NİİM-in müşahidə kameralarının təhlili göstərir ki, bu qəzalara əsasən diqqətsizlik və məsuliyyətsizlik səbəb olur. Qəzalar çox vaxt piyada keçidlərinin yaxınlığında, lakin keçidlərdən kənarda baş verir.


Unutmayaq: həyat və sağlamlığımız üçün vacib olan qismət deyil, diqqət və məsuliyyətdir!”


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO