Komando hərbi hissəsində təlimdən görüntülər - VİDEO

Komando hərbi hissəsində təlimdən görüntülər - VİDEO

Hazırda oxunan: Komando hərbi hissəsində təlimdən görüntülər - VİDEO

56649

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) hərbi hissəsində təlim məşqləri keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Təlimin senarisinə uyğun olaraq taktiki yerdəyişmə fəaliyyətləri icra edən komandolar kəşfiyyat məlumatları əsasında şərti düşmənin kəşfiyyat-diversiya qrupunun təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyiblər.

Komandolar maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığıcaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO