Türkiyə Respublikasının Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Şahini - 2021” birgə taktiki təlimlərinin bağlanış mərasimi keçirilib.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bağlanış mərasimində aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz təlimlərdə iştirak edən şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri BAŞA ÇATDI - FOTO
Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, birgə təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MİQ-29” qırıcı və 2 ədəd “SU-25” hücum təyyarələri cəlb edilib.
Bizim.Media