Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

Hazırda oxunan: Bu bölgəmizdə temperatur 10-12 dərəcə enib - FOTO-VİDEO

270326

Artıq üçüncü gündür Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yay fəsli hələ başa çatmasa da bölgədə temperatur əvvəlki günlərə nisbətən xeyli aşağı düşüb. Artıq ikinci gündür ki, yağış yağır.

Bölgənin yüksək dağlıq ərazilərində gecələr temperaturun 10 dərəcənin altına düşdüyü deyilir. Belə ki, Böyük Qafqazın cənub yamacları boyu əksər ərazilərə qar yağıb.
 

Bölgəyə səfərə çıxanlara yollarda ehtiyatlı olmağı, sürüşkən yolları nəzərə almaq, eyni zamanda özləri ilə çətir götürmək tövsiyyə olunur.


Belə hava şəraitinin qarşıdakı bir neçə gündə də davam edəcəyi bildirilir.















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO