Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 800-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky News" Əfqanıstan hökumətinə istinadən məlumat yayıb.
*** 10:12
Əfqanıstanın şərqində baş verən güclü zəlzələ nəticəsində təxminən 500 nəfər həyatını itirib, 1000-dən çox insan isə müxtəlif dərəcəli xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ölkənin dövlət televiziyası RTA yayıb.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstanda DƏHŞƏTLİ ZƏLZƏLƏ: 250 ölü, 500 yaralı var – VİDEO
ABŞ Geoloji Xidmətinin verdiyi məlumata görə, zəlzələ 6,0 bal gücündə olub və Pakistanla sərhədə yaxın yerləşən Cəlalabad şəhəri ərazisində qeydə alınıb.
Hadisədən sonra bölgədə genişmiqyaslı xilasetmə əməliyyatına start verilib.
Bizim.Media