Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.
Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə 50 yaşlı Nəcəf Alxasov saxlanılıb.
Ona məxsus fındıq bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi aşkar olunub. N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Günün videosu
09:23 / 25.08.2025
Qəbələdə fındıq bağında çətənə yetişdirən şəxs belə saxlanıldı – ANBAAN VİDEO
Hazırda oxunan: Qəbələdə fındıq bağında çətənə yetişdirən şəxs belə saxlanıldı – ANBAAN VİDEO
Hazırda oxunan: Qəbələdə fındıq bağında çətənə yetişdirən şəxs belə saxlanıldı – ANBAAN VİDEO
266870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.