Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı reydlər BAŞLADI – VİDEO

Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı reydlər BAŞLADI – VİDEO

Hazırda oxunan: Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı reydlər BAŞLADI – VİDEO

257304

Rusiyanın Voronej vilayətində azərbaycanlılara qarşı genişmiqyaslı reydlər başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “newizv.ru” saytı yazıb. 

“İki mayor” adlı Telegram kanalı və digər media resurslarının yaydığı məlumata görə, Voronejdə yerləşən Alekseyevski bazarında (“Qara Torpaq” topdansatış bazası) çalışan bir qrup azərbaycanlı guya rus sürücünün yük maşınına mane olub. 

Miqrasiya xidmətinin yeni rəhbəri, Rusiya DİN-in polis general-polkovniki Andrey Kikot vəziyyəti şəxsi nəzarətə götürüb.  
 

25 iyun tarixində DİN və Rosqvardiyanın əməkdaşları tərəfindən “Qeyri-qanuni — 2025” adlı əməliyyat-profilaktik tədbirlər çərçivəsində Alekseyevski bazarında genişmiqyaslı reyd keçirilib. 


Reyd zamanı 450-dən çox şəxs yoxlanılıb. Miqrasiya qanunvericiliyini pozduğuna görə 42 xarici vətəndaş inzibati məsuliyyətə cəlb olunub, 17 nəfərə hərbi qeydiyyata düşmək üçün çağırış vərəqəsi təqdim edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO