Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Bizim.Media xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunan builki festivalda səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri çıxıb.
Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir.
Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdam, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşada baş tutur.
Bizim.Media

- A-
- A
- A+
Günün videosu
11:09 / 26.05.2025
“Xarıbülbül” Musiqi Festivalı başa çatdı – VİDEO
Hazırda oxunan: “Xarıbülbül” Musiqi Festivalı başa çatdı – VİDEO
Hazırda oxunan: “Xarıbülbül” Musiqi Festivalı başa çatdı – VİDEO
251332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.