Tailandın baş naziri güclü zəlzələdən sonra Banqkokda fövqəladə vəziyyət elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
Qeyd edək ki, Myanmarda ard-arda iki güclü zəlzələ olub. Zəlzələlərdən biri Rixter cədvəli ilə 7.7 digəri isə 6.4 bal gücündə olub.
Yeraltı təkanlar o qədər güclü olub ki, Taylanda və regionun başqa ərazilərində də hiss olunub.
Taylandı paytaxtı Banqkokda insanlar yüksəkmərtəbəli binalardan kütləvi şəkildə təxliyə olunur. Şəhərdə bir binanın çökdüyü barədə xəbərlər yayılıb.
Bizim.Media