Böyük Britaniyanın paytaxtı London şəhərinin cənub-şərqində elektrik yarımstansiyasında güclü partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata görə, partlayış Hayes rayonunda qeydə alınıb. Nəticədə güclü yanğın başlayıb.
Üstəlik, Hitrou hava limanına enerjinin verilməsində də ciddi problemlər yaranıb. Hava Limanından verilən məlumata görə,elektrik enerjisinin verilməsi əhəmiyyətli dərəcədə azalıb:
“Aeroportda elektrik enerjisi kəsilib. Sərnişinlərin və həmkarlarımızın təhlükəsizliyini təmin etmək üçün 21 mart 2025-ci il saat 23:59-a qədər hava limanını bağlamaqdan başqa çarəmiz yoxdur”.
Bizim.Media