Ter-Petrosyanın soyqırımı ETİRAFLARI – 31 ildir gizlədilən görüntülər ÜZƏ ÇIXDI – ANBAAN VİDEO

Ter-Petrosyanın soyqırımı ETİRAFLARI – 31 ildir gizlədilən görüntülər ÜZƏ ÇIXDI – ANBAAN VİDEO

Hazırda oxunan: Ter-Petrosyanın soyqırımı ETİRAFLARI – 31 ildir gizlədilən görüntülər ÜZƏ ÇIXDI – ANBAAN VİDEO

229365

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündən daha bir video yayılıb.

Bizim.Media xəbər verir ki, sözügedən videonu erməni bloger Albert İsakov “Youtube” hesabında paylaşıb.
 

MÖVZU İLƏ B AĞLI:

Ermənistanın faşizm SİYASƏTİ – Erməni liderlərinin cinayət ETİRAFLARI – ARAŞDIRMA


Belə ki, videoda Ermənistanın həmin dövrdə müdafiə naziri olmuş Vazgen Sarkisyanın fikirləri diqqət çəkib.

Sarkisyan Ter-Petrosyanın çıxışının qalmaqallı mahiyyətini anlayaraq, həmin görüşlə bağlı məlumatların mətbuata açıqlanmasını qadağan edib. 

Xatırladaq ki, 1993-cü ildə baş tutan həmin görüşlə bağlı ilk video ötən həftə üzə çıxıb. Həmin görüşdə çıxış edən Ter-Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb. Ermənistanın birinci prezidenti etiraf edib ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub.

Ter-Petrosyan “Yerkrapa” tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərdən də qürurla bəhs edib.

Bu fakt isə Ermənistan rəhbərliyinin həyata keçirdiyi etnik təmizləmə siyasətinin daha bir sübutudur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO