“Bu müharibənin necə bitəcəyini bilmirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski yerli televiziyaya müsahibəsində səsləndirib.
Ukrayna lideri jurnalistin “yenidən prezidentliyə namizəd olmağı planlaşdırırsınızmı?” sualına belə cavab verib:
“Daha çox iş görsəm, buna daha müsbət baxacağam. Mənim üçün bu, sadəcə olaraq bu günün diqqət mərkəzində olan mövzusu deyil”.
Məlumat üçün qeyd edək ki, Ukrayna Konstitusiyasına əsasən Prezident seçkiləri 5 ildən bir təşkil olunur. Bu təqvimə uyğun olaraq, Ukraynada seçkilər 31 mart 2024-cü il tarixində keçirilməli idi. Lakin hərbi vəziyyət davam etdiyi halda, seçkilər təxirə salına və yenidən təyin oluna bilər.
Bizim.Media