Xəbər verildiyi kimi ABŞ-ın Yeni Orleanda naməlum şəxs avtomobili Yeni ili qeyd edən insanların üzərinə sürüb. Ən azı on nəfər həlak olub, 30-dan çox insan yaralanıb. Hadisə əyləncə məkanları ilə məşhur olan Burbon küçəsində baş verib. Sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb, hüquq-mühafizə orqanları da cavab atəşi açıb. Daha sonra o, hadisə yerindən qaçıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun müstəntiqləri, prokurorlar və Odlu Silahlar və Partlayıcılar Bürosunun əməkdaşları Nyu Orleanda bir nəfərin piyadalara hücumu nəticəsində 10 nəfərin ölümü və onlarla insanın yaralanmasından sonra terrorla bağlı araşdırmaya başlayıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da sürücü yük maşınını izdihamın üzərinə sürdü: Ölənlər və yaralılar var – VİDEO
Bu sözləri ABŞ-ın baş prokuroru Merrik Qarland “The New York Times” qəzetinə istinadən deyib.
Şəhər hakimiyyəti hücumu terror hücumu adlandırıb. FTB bunu hələ təsdiqləməyib. Şübhəli şəxs güllələnərək öldürülüb. Atışma zamanı iki polis əməkdaşı yaralanıb.
Bizim.Media