Aeroport yolundakı qoşa xətt silinir - VİDEO

Aeroport yolundakı qoşa xətt silinir - VİDEO

Hazırda oxunan: Aeroport yolundakı qoşa xətt silinir - VİDEO

213800

Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində hər iki istiqamətdə nişanlanma xətlərində dəyişikliklər edilir.

Bizim.Media AYNA-ya istinadən xəbər verir ki, yolun 11 km hissəsində zolaqlar bərpa olunub:

"Uzun illərdir qanunvericiliyin tələblərinə uyğun olmayan və sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə əvəz olunur.
 

Bu dəyişikliklər yolda nəqliyyat vasitələrinin nizamlı hərəkətinə və təhlükəsizlik səviyyəsinin artmasına imkan verəcək. Daha əvvəl sürücülər yalnız icazə verilən məhdud yerlərdə yerdəyişmə edə bilirdilər ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırırdı.


Artıq Sabunçu yol qovşağı istiqamətində işlər yekunlaşıb. Görülən işlər çərçivəsində üfüqi nişanlanma xətləri də yenilənib".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO