27 sentyabr Vətən müharibəsinin başlamasının dördüncü ildönümüdür. Bu gün Azərbaycan xalqı 44 günlük müharibənin qəhrəmanlarını yad etmək üçün İkinci Şəhidlər xiyabanına axın edib.
Ziyarətə gələn şəhid yaxınları məzarların üstünə güllər düzüb, dualar oxuyublar.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda Anım Günüdür
Bir sıra dövlət rəsmiləri də şəhidlərin xatirəsini yad etmək üçün İkinci Şəhidlər Xiyabanına gəliblər. Saat 12-də isə 44 günlük müharibədə şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ziyarətə gələnlər şəhidlərimizlə bağlı xatirələrini Bizim.Media ilə bölüşüblər.
Daha ətraflı videoreportajda:
Nuray Qurbanova, Günay Şahmar, Səid Qurbanov, Bizim.Media