Ekspert: "Xaricdə təhsil almaq vaxt və pul itkisidir" - VİDEO

Ekspert: "Xaricdə təhsil almaq vaxt və pul itkisidir" - VİDEO

Hazırda oxunan: Ekspert: "Xaricdə təhsil almaq vaxt və pul itkisidir" - VİDEO

208367

Ali məktəbə qəbul ola bilməyənlər xaricdəki universitetlərə üz tuturlar.

Bizim.Media xəbər verir ki, mövzuya təhsil eksperti Elşən Qafarov münasibət bildirib.
Onun sözlərinə görə, attestatla başqa bir ölkədə ali məktəbə qəbul olmaq pul və vaxt itkisidir:

"Azərbaycan Respublikasında distant təhsillə alınan diplomlar tanınmır. Həmçinin, Türkiyə və qərb universitetlərində qiyabi təhsil olmadığı üçün, həm əyani, həm də onlayn şəkildə tədrisin həyata keçirilməsi zamanı da diplomlar tanınmır".

Ekspert onu da vurğulayıb ki, kredit sistemi olduğu üçün 10 nəfərdən 7-8 nəfər tələbə təhsilini tam bitirə bilmir. Şəxs yalnız illik təhsil haqqını ödəməklə məşğul olur.

Mütəxəssislər bu kimi hallarda hər hansı bir peşəyə yiyələnməyi məsləhət görürlər.

Qeyd edək ki, bu il ümumilikdə, 27227 nəfər ali məktəbə qəbul ola bilməyib.

Daha ətraflı "ARB Xəbər"in süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO