Türkiyənin ən qabaqcıl İHA-larından biri olan ANKA-3 pilotsuz gizli bombardmançı təyyarəsi uçuş zamanı eniş şassosunu geri çəkərək mühüm sınaq mərhələsini geridə qoyub.
Bizim.Media xəbər verir ki, qabaqcıl gizli xüsusiyyətləri və böyük yük tutumu ilə diqqət çəkən ANKA-3-ün dizaynında istifadə edilən qabaqcıl texnologiyalar, pilotsuz təyyarənin radar imzasını minimuma endirmək üçün xüsusi olaraq optimallaşdırılıb.
Təyyarənin yeni dizaynı uçuşda manevr qabiliyyətini artırır və düşmən radarlarında daha az iz buraxır.
ANKA-3-ün əsas vəzifələri: hava-yer tipli tapşırıqlar, müdafiənin dərinliklərindəki hədəflərə zərbələr endirmək, düşmənin hava hücumundan müdafiə sistemlərini sıxışdırmaq, kəşfiyyat və elektron müharibə aparmaqdan ibarətdir.
ANKA-3 PUA-sı da Türkiyənin 5-ci nəsil KAAN qırıcısı kimi yüksək sürətlə uça biləcək.
Bizim.Media