“Ukrayna xüsusi xidmət orqanları Hərbi Dəniz Qüvvələri Günündə Rusuyaya qarşı hücuma hazırlıq görürmüş”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1"in efirində məlumat verib.
Ryabkov Rusiyanın müdafiə naziri Andrey Belousovla amerikalı həmkarı Lloyd Ostin arasında baş tutmuş telefon danışığının detallarını da açıqlayıb:
“Hücum hazırlığından xəbər tutandan sonra Belausov Pentaqona zəng edərək hücumun nəticələri barədə xəbərdarlıq ünvanlayıb. Lloyd Ostin əvvəlcə çox təəccüblənib, lakin bu məlumatı ciddi qəbul edib. Vaşinqton Kiyevlə əlaqə saxlayıb və hücumun ləğv edilməsini tələb edib”.
Diplomatın fikrincə, əgər Ukrayna sözügedən hücumu həyata keçirsəydi, bu Rusiya və ABŞ-ı “idarəolunmaz münaqişəyə” sürükləyərdi”.
Lakin Ryabkov hücumun detalları ilə bağlı hər hansı informasiya verməyib və bunu dövlət sirri adlandırıb.
Bizim.Media