Rusiyanın ABŞ-a təhvil verdiyi məhbusları Bayden belə qarşıladı – VİDEO

Rusiyanın ABŞ-a təhvil verdiyi məhbusları Bayden belə qarşıladı – VİDEO

Hazırda oxunan: Rusiyanın ABŞ-a təhvil verdiyi məhbusları Bayden belə qarşıladı – VİDEO

204697

“The Wall Street Journal”ın (WSJ) jurnalisti Evan Qerşkoviç, keçmiş ABŞ dəniz piyadası Pol Uilan və “Azadlıq” radiosunun tatar-başqırd xidmətinin jurnalisti (radiostansiya Rusiyada xarici agent və arzuolunmaz təşkilat kimi tanınır) Alsu Kurbaşevanın olduğu təyyarə (Rusiya və Amerika vətəndaşlığına malikdir) Merilend ştatındakı Endryus Birgə Hərbi Hava Qüvvələri bazasına eniş edib. 

Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, hava bazasında onları qohumları ilə birlikdə ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris qarşılayıb.
 

Vitse-prezident Kamala Harris jurnalistlərə verdiyi açıqlamada mübadilənin təşkilində Baydenin böyük rolunun olduğunu qeyd edib.


Co Bayden isə bu anı çoxdan gözlədiyini bildirib: 

"Mən tamamilə əmin idim ki, biz bunu edə bilərik", - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, sözügedən şəxslər Rusiyada xarici agent kimi saxlanılmışdılar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO