Parisdə “Azərbaycan Olimpiya Evi”nin açılışı BAŞ TUTDU – FOTO/VİDEO

Parisdə “Azərbaycan Olimpiya Evi”nin açılışı BAŞ TUTDU – FOTO/VİDEO

Hazırda oxunan: Parisdə “Azərbaycan Olimpiya Evi”nin açılışı BAŞ TUTDU – FOTO/VİDEO

204072

Fransanın paytaxtı Parisdə “Azərbaycan Olimpiya Evi”nin açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva “X” sosial şəbəkəsində paylaşım edib.

O, paylaşımına “Rahat ab-hava, gözəl insanlar, ləzzətli milli mətbəx və möhtəşəm musiqi”, - deyə şərh yazıb.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və bir sıra digər rəsmilər iştirak ediblər.

Xatırladaq ki, Paris 2024 Yay Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO