Rusiya Orudusu son üç ayda dördüncü nüvə təlimini keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mari El Respublikasında Rusiya strateji raket qüvvələrinin planlı təlimləri ABŞ ərazisini vura bilən “Yars” nüvə raketlərinin mobil buraxılış qurğularından istifadə etməklə keçirilir.
Qeyd edilib ki, iyulun əvvəlində Yars kompleksləri artıq oxşar təlimlərdə iştirak edib, may və iyun aylarında isə Rusiya Federasiyası taktiki nüvə zərbəsi endirmək üzrə məşq edib.
Bizim.Media