Hərbçilərimiz Qazaxıstanda tranşey döyüşü nümayiş etdirdilər – FOTO/VİDEO   

Hərbçilərimiz Qazaxıstanda tranşey döyüşü nümayiş etdirdilər – FOTO/VİDEO   

Hazırda oxunan: Hərbçilərimiz Qazaxıstanda tranşey döyüşü nümayiş etdirdilər – FOTO/VİDEO   

202359

Qazaxıstan Respublikasında keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı ölkələrinin hərbi rəhbərliyi "Oymaşa" təlim poliqonuna gəlib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Nümayəndələr əvvəlcə poliqonda təlim iştirakçıları üçün yaradılan şəraitlə tanış olublar. Xarici hərbi kontingentin yerləşdiyi yerlərə və yeməkxanaya baxış keçirilib. 
Sonra Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları tranşey döyüşü nümayiş etdiriblər. 

Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyəti komandanlığın idarəetmə məntəqəsinə gəlib. 

Təlim iştirakçılarının hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verildikdən sonra təlimdə icra ediləcək fəaliyyətlər barədə xəritə üzərində və videokonfrans vasitəsilə məruzələr dinlənilib. 

Sonda qonaqlar "Birləşdik - 2024" beynəlxalq təliminin taktiki epizodunu izləyiblər. 

Məhdudgörmə şəraitində qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə tapşırıqlar təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıqla icra edilib. 
 




Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO