Müdafiə naziri Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib - FOTO/VİDEO

Müdafiə naziri Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib - FOTO/VİDEO

Hazırda oxunan: Müdafiə naziri Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib - FOTO/VİDEO

202310

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyətinin Qazaxıstan Respublikasına səfəri davam edir.

Bizim.Media xəbər verir ki, general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti, qazaxıstanlı həmkarı general-polkovnik Ruslan Jaksılıkov və "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı dövlətlərinin Müdafiə nazirliklərinin rəhbərliyi ilə birgə Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib.

Gəmi ilə səfər zamanı raket-artilleriya gəmisinin və heyətin əsas fəaliyyət istiqamətləri ilə bağlı müdafiə nazirlərinə məruzə edilib. Qonaqlar hərbi dənizçilərin nümunəvi çıxışlarını izləyiblər.

Sonra nümayəndələr Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Dalğıc mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olub, silahlanmada olan kiçik və iriçaplı silahlara və texniki avadanlıqlara baxış keçiriblər.
Daha sonra hərbi hissələrdən biri ziyarət edilib. Qonaqlara burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib və hərbi hissənin ərazisindəki təlim trenajorları nümayiş etdirilib.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO