ABŞ prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı Amerika xalqına müraciət edib.
Bizim.Media xəbər verir ki, o, müraciətində ABŞ-da keçiriləcək seçkilər ərəfəsində siyasi parçalanmaların gücləndiyini bildirib.
“Hələlik atəş açanın motivlərini, fikirlərini, yardım alıb-almadığını və ya dəstəkləndiyini, kimləsə danışıb-danışmadığını bilmirik.
Hüquq-mühafizə orqanları bu məsələləri araşdırır. Mən bildiklərim barədə danışmaq istəyirəm. Eks-prezidentə atəş açılıb. Bilirsiniz ki, ölkədə siyasi vəziyyət çox gərgindir. Artıq sakitləşməyin vaxtıdır. Bunu etmək bizim hamımızın məsuliyyətidir. Bəli, bizim çox fərqliliklərimiz var. Bu seçkilərdə mərc yüksəkdir. Edəcəyimiz seçim gələcək onilliklər ərzində Amerikanın və bütün dünyanın gələcəyini formalaşdıracaq” – Bayden deyib.
Bizim.Media