“Sülh missiyası davam edir, ikinci dayanacaq Moskvadır”.
Bizim.Media xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Moskvanın "Vnukovo-2" hava limanından paylaşdığı fotoya yazdığı şərhdə bildirib.
Qeyd edək ki, Orban Ukrayna mövzusunu müzakirə etmək üçün Rusiya paytaxtına səfər edib. Onun bu gün Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacağı gözlənilir.
Xatırladaq ki, Orban bundan öncə Kiyevə səfər edib, Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb.
Bizim.Media