Sabahdan taksi fəaliyyətində yeni era BAŞLAYIR - VİDEO

Sabahdan taksi fəaliyyətində yeni era BAŞLAYIR - VİDEO

Hazırda oxunan: Sabahdan taksi fəaliyyətində yeni era BAŞLAYIR - VİDEO

199814

Sabahdan buraxılış tarixi 15 ildən artıq müddəti keçən avtomobillərdən taksi fəaliyyəti kimi istifadə oluna bilməz. Belə ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. 

Bizim.Media xəbər verir ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə buraxılış kartı verilməyəcək.

Taksi sifarişi operatorları icazəsi olmayan minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər.

Yerlərdə isə fiziki olaraq əməkdaşlar tərəfindən buraxılış kartlarının yoxlanılması  həyata keçiriləcək. Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.
Hazırda operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürürlər. Bu günə kimi isə taksi fəaliyyəti göstərmək üçün 10.000-dən çox sürücüyə buraxılış kartı verilib.

Daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO