Xəbər verdiyimiz kimi, İranda növbədənkənar prezident seçkiləri üçün səsvermə başlayıb.
Bizim.Media xəbər verir ki, İranın Azərbaycandakı səfirliyində səsvermə prosesi başlayıb.
Qeyd edək ki, dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır.
İran Konstitusiyasının Keşikçilər Şurası əvvəlcə altı siyasətçinin ərizəsini təsdiqləsə də, iyunun 26-da mühafizəkarların xeyrinə namizədliyini geri götürdüyünü elan edən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidən sonra Tehran meri Əlirza Zəkani də iyunun 27-də analoji qərar verib.
O, mühafizəkarlar qanadından iki əsas namizədi - parlamentin spikeri Məhəmməd Bağır Qalibafı və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderin nümayəndəsi Səid Cəlilini dəstəkləyib.
Onlardan başqa, yarışda mühafizəkar keçmiş Daxili İşlər və Ədliyyə Nazirliklərinin rəhbəri Mostafa Purməhəmmadi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkian da var.
Bizim.Media