Zaxarova: “Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir” – VİDEO 

Zaxarova: “Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir” – VİDEO 

Hazırda oxunan: Zaxarova: “Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir” – VİDEO 

198044

“Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə Fransanın Ermənistana “Caesar” özüyeriyən artilleriya sisteminin tədarükü ilə bağlı müqaviləni şərh edərkən deyib.

Zaxarova bu müqaviləni eskalasiyaya səbəb olmaq üçün “daha bir addım” adlandırıb.

O, hesab edir ki, Fransa Ermənistanın maraqlarını rəhbər tutmur, sadəcə olaraq ölkələr daxilindəki fikir ayrılıqlarından öz fürsətçi məqsədlərinə çatmaq üçün alət kimi istifadə etməyə çalışır. Eyni zamanda o, Fransanı NATO ideologiyasının “bələdçisi” adlandırıb.
Qeyd edək ki, bundan əvvəl Parisdə Ermənistan və Fransa müdafiə nazirləri arasında aparılan danışıqlardan sonra “Caesar” özüyeriyən silahların tədarükünə dair müqavilə imzalanıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO