Son zamanlar boşluqlara baxan və olmayan stulda oturmağa çalışan, görüntüləri ilə səhhətində narahatlığını bəyan edən 81 yaşlı "ABŞ tarixinin ən yaşlı prezidenti" Co Bayden şənbə günü Los-Ancelesdəki Peacock Teatrında keçirilən xeyriyyə tədbirində yenidən səhnədə donub qalıb.
Bizim.Media xəbər verir ki, tədbirin sonunda izdihamla salamlaşan keçmiş prezident Barak Obama bir müddət hərəkətsiz qalan Baydenin vəziyyətini görüb, onun köməyinə qaçıb, əlindən tutub səhnədən uzaqlaşdırıb.
Kameralar Obamanın kömək etdiyi və kürəyinə vurduğu Baydenin yeriməkdə çətinlik çəkdiyini də göstərib.
Qeyd edək ki, Baydenin son vaxtlar psixi sağlamlığı yaxşı deyil, danışarkən belə səhvlərə yol verir, eşidilməyəcək qədər alçaq səslə danışır.
Bu vəziyyəti ilə onun yenidən seçkilərə qatılacağı sual doğurur.
İlhamə Əli, Bizim.Media