Azərbaycanda sel və daşqın təhlükəsi - Vətəndaşlara XƏBƏRDARLIQ - VİDEO

Azərbaycanda sel və daşqın təhlükəsi - Vətəndaşlara XƏBƏRDARLIQ - VİDEO

Hazırda oxunan: Azərbaycanda sel və daşqın təhlükəsi - Vətəndaşlara XƏBƏRDARLIQ - VİDEO

196576

Respublika çaylarında müşahidə olunan gursululuq dövrü davam etməkdədir. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində Böyük, Kiçik Qafqaz və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda sululuq artıb: 

"Şəki rayonu ərazisindən axan Kiş çayda və Goranboy rayonu ərazisindən axan Goran çaydan sel keçib". 

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraitinin iyunun 13-nə qədər davam etməsi ilə əlaqədar sel təhlükəsi olan Balakən, Şəki, Quba, Qusar, Qazax, Gəncə, Daşkəsən, Gədəbəy, Qarabağ və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar vətəndaşlara diqqətli olmağı və təhlükəsiz yerdə durmaları tövsiyə edilir", - deyə o qeyd edib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO