İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer “Akınçı” sayəsində tapılıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı helikopterin qəza enişi etdiyi ehtimal olunan bölgə üzərində uçuşlar edərək qəzanın baş verdiyi yeri müəyyən edib.
Xatırladaq ki, qəzaya düşən helikopterin göyərtəsində sağ qalan olmayıb. İranın 4 rəsmisi və 5 ekipaj üzvü həlak olub.
Bizim.Media