"Elçin mənim belimi qırdı" - Yeganə oğlunun ölümündən DANIŞDI – VİDEO  

Hazırda oxunan: "Elçin mənim belimi qırdı" - Yeganə oğlunun ölümündən DANIŞDI – VİDEO  

189502

Baş nazirin sabiq müavini Abid Şərifov yeganə oğlu Elçin Şərifovun ölümündən danışıb. 

Bizim.Media xəbər verir ki, ASAN TV-yə müsahibə verən keçmiş məmur oğlunda iflicolmanın 1997-ci ildən başladığını bildirib. 

“Elçin mənim belimi qırdı. Sol qıçından problem başladı. Yavaş-yavaş bütün bədənə yayıldı. 1997-ci ildə onu 1 aylıq ABŞ-a apardım.

Mənə rəhmətlik Natiq Əliyev kömək etmişdi. Bildirdilər, bunun müalicəsi yoxdur. Almaniyaya, İngiltərəyə, İsrailə də aparıldı, xeyri olmadı. Səbəbi stress və qorxu göstərildi. 25 ilə yaxın onu müalicə etdirdik. Qismətimiz belə imiş. Allah heç kimə, heç düşmənimə də bala dərdi göstərməsin. Övlad dərdi çətin məsələdir”, - deyə A.Şərifov qeyd edib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO